Qazaxıstanın Aktau şəhərindəki Ş. Yessenov adına Universitetin birinci vitse-prezidenti Kaiyrbek Makulov, Beynəlxalq əlaqələr və turizm kafedrasının müdiri Elvira Janqozhayeva və “Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
ATMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, rektor İlham Mədətov ilə keçirilən görüşdə akademik və elmi sahələrdə əlaqələrin genişləndirilməsi, tələbə-müəllim, təhsil və turizm sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti, tədqiqatyönümlü layihələrin, o cümlədən innovativ proqramların perspektivliyi, elmi konfrans və seminarların təşkili, universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi məsələlərindən bəhs olunub.
Tədbirin sonunda Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qazaxıstanın Ş.Yessenov adına Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə iki ali təhsil müəssisəsinin fəaliyyət istiqamətində strateji tərəfdaşlığın gücləndirilməsinə və tədris prosesinin beynəlmiləşdirilməsinə zəmin yaradacaq.