AZ

Haiti və Belarusla oyunlar üçün 25 futbolçu

Futbol üzrə Azərbaycan millisinin bu ay Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santos AFFA-nın inzibati binasında təşkil edilmiş mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq Azərbaycan millisinin heyətinə aşağıdakı oyunçuları dəvət edib:

  1. Rza Cəfərov – Neftçi
  2. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  3. Aydın Bayramov – Zirə
  4. Amin Seydiyev – Sabah
  5. Mert Çelik – Səbail
  6. Bəhlul Mustafazadə – Qarabağ
  7. Bədavi Hüseynov – Qarabağ
  8. Rahil Məmmədov – Radomyak (Radom, Polşa)
  9. Zamiq Əliyev – Eqnatiya (Albaniya)
  10. Rəhman Daşdəmirov – Sabah
  11. Elvin Cəfərquliyev – Qarabağ
  12. Aleksey İsayev – Qarabağ
  13. Coşqun Diniyev – Çorum (Türkiyə)
  14. Elvin Camalov – Neftçi
  15. Şahin Şahniyarov – Qəbələ
  16. İsmayıl İbrahimli – Zirə
  17. Səbuhi Abdullazadə – Sumqayıt
  18. Ozan Can Kökçü – HJK (Finlandiya)
  19. Toral Bayramov – Qarabağ
  20. Nəriman Axundzadə – Qarabağ
  21. Xəyal Əliyev – Sabah
  22. Renat Dadaşov – Radomyak (Radom, Polşa)
  23. Ağadadaş Salyanski – Neftçi
  24. Mahir Emreli – Nürnberq (Almaniya)
  25. Musa Qurbanlı (Qarabağ)

Heyətdən də göründüyü kimi, Fernando Santos Azərbaycan millisinin qarşıdakı toplanışına daha çox gənc futbolçuları cəlb edib. Ən diqqət çəkən məqam isə Birinci Liqa təmsilçisi “Qəbələ”dən Şahin Şahniyarovun millimizə çağırılmasıdır.

Sonda onu da qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə qarşılaşacaq. Bundan üç gün sonra isə komandamızı “Masazır Arena”da Belarus yığması ilə görüş gözləyir. Hər iki qarşılaşmaya saat 21:45-də start veriləcək.

Seçilən
6
arena.az

1Mənbələr