AZ

"Amerikalılar onların ayaqlarını öpməlidirlər" - Trampın gəlini

ABŞ prezidenti Donald Tramp respublikaçılara "Tesla" avtomobili almaqla Maska dəstək olmalarını əmr edib. Bunun fonunda Trampın gəlini Lara da "insanlar hər iki adın ayağını öpməlidir" deyərək həm qayınatasına, həm də Maska dəstək olub.

"Unikal" xəbər verir ki,  Lara bunu "Fox News"da yayımlanan Şon Hannitinin proqramına qonaq olarkən deyib. 

Respublikaçı Milli Komitənin həmsədri olan Lara Tramp Maskın hökumətdəki ixtisarlara dair təkliflərini dəstəklədiyini bildirib. 

"Ölkəmiz belə ayaqda qala bilməz. İxtisarlar lazımdır. Ona görə də amerikalılar İlon Mask və Donald Trampın ayaqlarını öpməlidir", - o, qeyd edib. 

Seçilən
6
3
unikal.az

4Mənbələr