İkiqat dünya çempionu Ronaldo növbəti seçkidə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizəd olmaqdan imtina edib.
Apasport.az xəbər verir ki, Ronaldo qərarının səbəbini belə izah edib:
"Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir, bu onların hüququdur, mən buna hörmət edirəm".
Qeyd edək ki, seçki 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.
Türkiyə Super Liqasında 2025/26 mövsümünün başlanacağı tarix açıqlanıb
Luis Enrike: "Bu hələ başlanğıcdır"
"Liverpul" tarixində bir ilk
Rafinya Neymarı geridə qoydu
Van Persi: "Komandamla fəxr edirəm"