AZ

Adında kredit olarkən sosial ev əldə etmək olar? - EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan qanunvericiliyində yəni mənzil qanunvericiliyində sosial mənzilin alınma anlayışı yoxdur. Sosial mənzillər satılmır". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, sosial kirayə müqaviləsi var: "Sosial kirayədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənib. Qanunvericiliyə görə, aztəminatlı və sosial qayğıya ehtiyacı olan müəyyən şəxslər kirayə müqaviləsi bağlamaq üçün dövlət və ya bələdiyyə fondunda olan yaşayış sahələrinin əldə edilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmək hüququ əldə edirlər. Amma bu gün nəzərə almaq lazımdır ki, bələdiyyənin balansında yaşayış fondu demək olar ki, yox səviyyəsindədir, ümumiyyətlə mövcud deyil. Mövcud yaşayış fondunun təqribən 4,5- 4,6 faizə qədəri dövlətin balansındadır. Bu da təbii ki, müxtəlif məqsədlər üçün istifadə olunmuş yaşayış fondlarıdır. Bu mənada yaşayış sahələrinin sosial mənzil formasında satışı qanunvericilikdə təsdiq olunmayıb.

Digər bir məsələ isə adında kredit olarkən sosial ev almaq olarmı? Bu mövzu ilə bağlı onu deyə bilərəm ki, adınızda kredit olduğu halda sosial ev əldə etmək mümkündür, amma bunun müəyyən şərtləri və prosedurları var. Çox vaxt, sosial evlər üçün müraciət edən şəxslərin gəliri və borc yükü yoxlanılır. Əgər mövcud kredit ödənişləriniz sosial evlərlə bağlı tələbləri pozursa, müraciətiniz rədd oluna bilər. Ancaq hər halda, bu məsələdə konkret qaydalar və şərtlər müvafiq dövlət orqanları tərəfindən təyin edilir və hər il dəyişə bilər. Sosial evlərə müraciət etməzdən əvvəl yerli müvafiq qurumlarla əlaqə saxlamaq və mövcud qaydalarla tanış olmaq tövsiyə olunur".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
1
sia.az

1Mənbələr