Ermənipərəst bədnam "politoloq" Ehsan Movəhhediyan dünən “X” hesabındakı paylaşımında Ermənistanın TV5 telekanlına müsahibəsindən söz açıb.
Müsahibəsində müzakirə etdiyi məsələlərə toxunan qərəzli ekspert yazıb: “Türkiyənin Suriyadakı "cinayətləri", İranın Ermənistandakı siyasəti, Bakının sülh müqaviləsini imzalamaqdan imtinasının səbəbləri, Azərbaycan və Türkiyənin Sünikdə türk dünyası yaratmaq məqsədilə ambisiyaları, İran-İsrail münaqişəsi, eləcə də Rusiya-İran və İran-ABŞ danışıqlarının taleyi və s. kimi mövzular şərh edilib”.
visiontv.az