AZ

Trampın müşaviri rusiyalı həmkarına zəng etdi: Moskva təfərrüatları AÇIQLAMADI

Trampın milli təhlükəsizlik üzrə müşaviri rusiyalı həmkarı ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, milli təhlükəsizlik müşaviri Mayk Vals rusiyalı həmkarı ilə Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə edib.

Kreml bu söhbəti rəsmi olaraq açıqlamayıb.

Xatırladaq ki, Vals Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə danışıqlarda iştirak edib və nəticədə iki ölkə 30 günlük atəşkəs təklifi ilə birgə bəyanat verib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr