Xankəndi şəhərində Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllimi Ceyhun Əzizovun rəhbərliyi ilə “Piano musiqisi axşamı” adlı solo konsert keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici musiqi kompozisiyaları, məşhur musiqi əsərləri ifa edilib.




