AZ

Putin Qərbə bu gün cavab verəcək – Almaniya Rusiya barədə əminliyini BİLDİRDİ – FOTO

Putin Qərbə bu gün cavab verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “BİLD” yazıb. Almaniya Rusiyanın Ukraynada atəşkəslə bağlı mövqeyini günün sonuna kimi açıqlayacağına əmindir.

“Putin bu gün Kiyevin müharibəni bitirmək üçün rəsmi danışıqlara başlamazdan əvvəl qabaqlayıcı güzəştlər əldə etmək üçün razılaşdığı atəşkəs təklifini “girov götürə” bilər.

Yüksək səviyyəli rus mənbələri bildiriblər ki, müvəqqəti atəşkəs razılaşması Rusiya ordusunun döyüş meydanında “uğurlarını nəzərə almalı” və “Rusiyanın problemlərini həll etməlidir”, – alman siyasətçilər bildirib.

Onlar əmindirlər ki, “Putin müvəqqəti atəşkəs sazişinin şərtlərinin “nəzərə alınmasını” təmin etmək üçün onun “şərtlərini uzadacaq”.

“Moskva müvəqqəti atəşkəslə razılaşmaq üçün şərt kimi Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edə bilər”, – ekspertlər bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
interpress.az

1Mənbələr