AZ

Arada olan ixtilaflara baxmayaraq, Çin Avropa İttifaqı ilə strateji tərəfdaşlığı davam etdirir - Honqbo

Bakı.Trend:

Çin mövcud ixtilaflara və Aİ-nin Çini sistem rəqibi kiminəzərdən keçirməsinə baxmayaraq, əvvəlki kimi Avropa İttifaqı iləstrateji əməkdaşlığın möhkəmləndirilmək niyyətindədir.

Trend xəbərverir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibininiqtisadi və sosial məsələlər üzrə müavini, Çinin 2019-2025-ciillərdə Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, 2009-2012-ciillərdə Çinin Almaniyadakı səfiri olmuş Vu Honqbo Bakıda keçirilən12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasidəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusundapanel müzakirələrinin gedişində bildirib.

O Çinin ötən həftə Avropa İttifaqı ilə diplomatikmünasibətlərinin 50 illiyini qeyd etdiyini diqqətə çatdırıb. Buəməkdaşlıqda atılası növbəti addımları əks etdirmək və yenidəngötür-qoy etmək üçün hər iki tərəf üçün yaxşı fürsətdir. Sonzamanlar tərəflərin öz aralarında çətinliklərlə üzləşməsinə rəğmənÇin Avropa İttifaqı ilə uzunmüddətli və strateji tərəfdaşlıqprinsiplərinə sadiq qalmaqdadır.

“Biz Avropa İttifaqını vacib tərəfdaş saymağa davam edirik,hərçənd Avropa İttifaq bəzən Çinə sistem rəqibi gözüylə baxır vəÇinlə bağlı riskləri azaltmağa çalışır”, -deyə U Hunbobildirib.

O bildirib ki, Çin və Avropa İttifaqı təkcə öz ölkələri üçündeyil həm də bütün dünya üçün faydalı olacaq böyük nailiyyətlərəldə edə bilər.

“Bizim mövqeyimiz dəyişməyib. Biz “çin kartı” ilə oynamağınsəmərəli və məntiqli olduğunu hesab etmirik”,-deyə o əlavəedib.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr