İran Ali Əmək Şurasının üzvü Möhsün Bağeri bildirib ki, iranlı fəhlələr daha yaxşı maaş ardınca İraq və Əfqanıstana köçürlər.
Möhsün Bağeri deyib ki, bu tendensiya İranın daxili əmək bazarının əlverişsiz şəraitinin nəticəsidir və bu vəziyyət iranlı fəhlələri başqa ölkələrdə iş axtarmağa məcbur edib.
Onun dediyinə görə, fəhlələrin işləmək üçün Əfqanıstana yollanmasının bir səbəbi də Əfqanıstanın pul vahidi olan əfqaninin İran rialından daha dəyərli olması ilə əlaqədardır. (Iran International)
visiontv.az