Bakı. Trend:
Son 5 ildə Azərbaycanda özəlləşdirmə nəticəsində dövlətbüdcəsinə 514,4 milyon manat vəsait daxil olub.
Trend-ə bubarədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidmətindən məlumat verilib.
Məlumata görə, 2020-2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətininsəhmləri, 1.237 kiçik müəssisə, obyekt və icarəyə verilmişqeyri-yaşayış sahəsi, 2.043 nəqliyyat vasitəsi, 961 müəssisə vəobyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib.
12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi isəinvestisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.
Hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə514,4 milyon manat vəsait daxil olub. Həmçinin, son 5 ildəözəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiyayatırılıb.
Qeyd edək ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdəilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiyatədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formalarıqanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalımövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərəalınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilədəqiqləşdirilib.
2020-2024-cü illərdə uğurla özəlləşdirilən istehsal müəssisələrisırasında "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "ŞəkiŞərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı AlüminiumProfil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və“Bakı Beton Konstruksiyaları” MMC-ləri yer tutur.