“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Real”a məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis penaltilər seriyasında uduzduqları matç haqda danışıb:
“Oyuna yaxşı nəzarət etdik. Hesabı artırmaq imkanlarımız var idi, lakin dəqiqlik çatmadı. “Real” topa sahib olsa da, qol şansı yarada bilmədilər. Düşünürəm ki, inanılmaz iş gördük. Komandamla fəxr edirəm, azarkeşlərimiz də matçdan həzz aldılar. “Real” Çempionlar Liqasında bizi həmişə məğlub edib, amma çətinlik də yaşayırlar.
Komandamla fəxr edirəm. Keçdiyimiz yol tarixə düşəcək”.