İran Ordusunun Quru Qoşunlarının komandanı general Kəyumərs Heydəri ölkənin ali rəhbəri Əli Xameneyinin əmrinə əsasən, “istənilən təhlükəyə hazır olduqlarını və Quru Qoşunlarının bu əmr əsasında plan qurduğunu” bildirib.
“Ölkəmizə hücum etməyi düşünən istənilən düşmən İran Silahlı Qüvvələrinin döyüş hazırlığından peşman olacaq və planlarından əl çəkəcək. Quru qoşunlarında olan qüvvələrimiz sərhədlərə yerləşdirilib, əlləri də tətikdədirlər”, - deyə, general vurğulayıb.
Onun sözlərinə görə, Quru Qoşunları İranın ali rəhbərinin əmrinə cavab verməyə hazırdır. (Radio France International)
visiontv.az