ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.
İndex.az xəbər verir ki, dünyanın ən varlı adamları sırasında olan səkkiz amerikalı milyarder Trampın hakimiyyətə gəlişindən sonra şəxsi sərvətlərini 250 milyard dollardan çox itirib.
Maskın sərvəti 130 milyard dollar, Ceff Bezosun sərvəti 20 milyard dollar, Larry Ellison, Michael Dell və Censen Huang hər biri 20 milyard dollar itirib.