AZ

Sərhədlərdə Aİ-nin hansısa "missiya"sının yerləşdirilməsi qərəzli xarakter daşıyır -ŞƏRH

Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.

Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyev Ermənistanı silahlandıran qüvvələrin yenidən hərbi əməliyyatların bərpasını və bölgədəki sabitliyi pozmaq istədiyini çox düzgün qeyd edib:

"Fransa, Hindistan, Avropa ölkələri və Rusiya Ermənistanı hücum silahları almasında dəstəkləyirlər. Bununla yanaşı sərhədlərdə Aİ-nin hansısa "missiya"sının yerləşdirilməsi qərəzli xarakter daşıyır. Həmçinin onlar bölgəyə əslində kəşfiyyat fəaliyyətindən başqa bir xeyir gətirmir. Ermənistan normal dövlət kimi mövcud olmaq istəyirsə, qonşulara qarşı ərazi iddialarına son qoymalıdır. Eyni zamanda normal sülh istiqamətində addımlar atmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Nə üçün Fransada, ABŞ-ın Kaliforniya ştatında Ermənistanı revanş barədə təhrik edirlər? Çünki bölgədə sülh, əmin-amanlıq yaranarsa, onların genosid mövzuları, maliyyə toplamaq məsələləri puça çıxacaq. Yəni həmin qüvvələr yalnız öz maraqlarını güdürlər. "Lobbi" adlanan fəaliyyət əslində siyasi korrupsiyadır. Bu, Aİ ölkələri, ilk növbədə Fransaya hər hansı uğur gətirmir. Əksinə, lobbiçilik onları dünyanın gözündə alçaldır".
Seçilən
2
sherg.az

1Mənbələr