İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir ki, dünən Sınandaş (Sənəndəc) şəhərində Leyla Paşayi adlı daha bir qadın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bununla bağlı, günahsız qadının qardaşı sosial media hesabında paylaşım edib. Bildirilib ki, repressiv qüvvələr Leyla Paşayinin evinə basqın etdikdən sonra onu tutublar. Daha sonra isə o, Sınandaşın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi tərəfindən “milli təhlükəsizliyə qarşı addım atmaq”da günahlandırılıb.
visiontv.az