"TikTok" sosial media platforması valideynlərə yeniyetmələrin proqramdan istifadəsinə nəzarət etmək və daha sağlam onlayn vərdişləri təşviq etmək üçün hazırlanmış yeni funksiyaların istifadəyə verildiyini elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə “iPhone in Canada” nəşri məlumat yayıb.
Funksiyalar arasında əsasən gecə və ya məktəb saatları kimi günün müəyyən vaxtlarında valideynlərə "TikTok"a girişi əngəlləməyə imkan verən “Yuxu saatları” (Sleep hours) və “Vaxtdan kənar” (Time away) daxildir. Valideynlər bloklama cədvəlini təyin edə, yeniyetmələr isə əlavə istifadə vaxtı tələb edə biləcəklər, lakin son qərar yenə valideynlərdə qalacaq.
Bundan əlavə, valideynlər övladının kimi izlədiyini, kimin onları izlədiyini və hansı hesabların bloklandığını görə biləcəklər. Bu, valideynlərə övladlarının "TikTok"da onlayn fəaliyyətinə daha çox şəffaflıq və nəzarət imkanı verəcək.
QAZİLER.AZ