AZ

“Millidə dəvət aldığım üçün çox xoşbəxtəm”

“Neftçi”nin futbolçusu Ağadadaş Salyanskiy Azərbaycan yığmasına dəvət alıb.

Hücumçu millinin Haiti və Belarusla oyunları üçün heyətə çağırılıb. Forvard “Futbolpress.az“a açıqlamasında dəvətlə bağlı fikirlərini bölüşdü:

“Milliyə dəvət aldığım üçün çox xoşbəxtəm. 70-80 faiz yığmaya çağırılacağımı gözləyirdim. Millinin uğurları üçün əlimdən gələni etməyə çalışacağam”.

Azərbaycan yığması martın 22-də Haiti, 25-də Belarusla üz-üzə gələcək.

Seçilən
2
futbolpress.az

1Mənbələr