AZ

Arda Gülərə qarşı haqsızlıq - Məşqçi son anda fikrini dəyişdirdi

Arda Gülər üçün böyük ayıbdır

"Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko Madrid"i penaltilər seriyasında mübarizədən kənarlaşdırıb. 

News24.az xəbər verir ki, Arda Gülərin 120 dəqiqə davam edən oyundan kənarlaşdırılması böyük reaksiyalara səbəb olub.

Qeyd edək ki, Çempionlar Liqasında "Atletiko Madrid"i penaltilər seriyasında məğlub edən "Real Madrid" 1/4 finalda "Arsenal"la qarşılaşıb. Baş məşqçi Ançelotti yenə matçda Arda Gülərə şans verməyib. Matç penaltilərə qədər gedib, məşqçi Arda Güləri oyunçu dəyişikliyi üçün isinmə hərəkətlərinə göndərib. Lakin son dəqiqələrdə Karlo Ançelotti fikrini dəyişərək, Ardanı yenidən ehtiyat oyunçular skamyasına oturdub.

Arda Gülərin "Real Madrid"də oynamaq şansı tapa bilməməsi də reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə minlərlə istifadəçi "Arda Gülər layiq olduğu qiyməti almır", "Ançelotti Ardanı bilərəkdən oynatmır", "Milli ulduzumuza nə yazıq!" şərhləri yazıb.

Türkiyəli futbolçu bu mövsüm bütün yarışlarda oyunda 1081 dəqiqə meydanda olub və 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Aynurə


Seçilən
5
news24.az

1Mənbələr