AZ

Yaxın zamanda tələbə təqaüdlərinin artması GÖZLƏNİLİR

Demək olar ki, hər il yanvar ayında tələbə təqaüdləri artır. Lakin artım bu il olmadı.Nəzərə alsaq ki, hər il istər qida, istərsə də nəqliyyat xərcləri artır. Bu da öz növbəsində tələbələrin narazılığına səbəb olur.

 

Modern.az-ın məlumatına görə, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova qeyd edib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Dövlət büdcəsi hesabına təhsil alan tələbələrin təqaüdləri artılır:

 

“Yaxın zamanda tələbələrin təqaüdlərinin artırılması gözlənilir. Belə ki, 23 dekabr 2024 tarixində Prezident İlham Əliyevin imzaladağı Sərəncama əsasən müavinət və təqaüdlər artırılacaq. Qanuna uyğun olaraq həmin sərəncam Nazirlər Kabinetinə təqdim olur. Müavinət və maliyə qiymətləndirilməsi Nazirlər Kabinetinin tabeliyindədir. Bu müəyyən olunduqdan sonra yenidən Prezidəntə təqdim olunur. Tələbələrin nəzərinə çatdırmaq istərdim ki, Nazirlər kabineti 3 ay ərzində tələb və təkliflərini təqdim etməlidir. Təkliflər paketi hazırlandığı üçün konkret rəqəmlər demək mümkün deyil.

 

Ümumiyyətlə artım olarkən illik inflyasiya nəzərə alınmalıdır.Bununla yanaşı prosesi tarazlamaq üçün tələbələr üçün dövlət və özəl qurumlarda şərait yaradılmalı təqaüdlər onların əməyinin qarşılığında verilməsi daha məqsədə uyğun olardı. Həm verilən təqaüd xərcləri qarşılamır, həm də 4 il bakalavr təhsili alan tələbədən iş təcrübəsi istənilir. Onun üçün də əmək məcəlləsinə və tələbənin ixtisasına uyğun olaraq işlə təmin olunmalı, praktiki bilgilərə sahib olmalı onun qarşılığında da məvacib almalıdır”.

 

Ekspertin sözlərinə görə, tələbənin iqtisadi maliyə vəziyyətini əhatə edən fərdi inkişaf proqramı hazırlanmalıdır:

 

“Digər təklifim isə odur ki, bir neçə dövlət qurumunun tələbələr üçün qarşılıqlı fəaliyyət göstərməsidir. Nümunə olaraq Türkiyədə tələbələrin özünə məxsus nəqliyyat kartı var. Həmin karta tələbənin şəkli vurulur. Əgər başqası istifadə edərsə pul cəzası var. Həmin kartı 1 nəqliyyat vasitəsi üçün istifadə edib, daha sonra başqa nəqliyyat vasitəsi üçün istifadə etdikdə hətta endirim də tətbiq edir.

 

Ümumilikdə tələbə kartı sıravi vətəndaş kartından daha münasib qiymətədir. Bizdə valideyn qida, geyim və digər xərcləri qarşılamasa tələbə üçün vəziyyət daha acınacaqlı olar.

 

Bununla yanaşı, təfəkkürü dəyişmək lazımdır. Tələbə artıq yetişkin fərddir. Elə valideyn var ki, güclə dolanır, öz boğazından kəsib övladına göndərir. Bəzən isə tələbə dərsdən sonra gecə saat 1-ə qədər restoran və ya kafedə ofisiant işləyir. Belə şəraitdə olan tələbədən necə yüksək səviyyəli mütəxəssis və ya sahəsinin peşəkarı olmasını gözləmək olar? Buna görə də tələbənin iqtisadi və maliyyə vəziyyətini əhatə edən fərdi inkişaf proqramı hazırlanmalıdır".

Seçilən
3
3
modern.az

4Mənbələr