AZ

Tehran Trampın məktubunu aldığını təsdiqlədi

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ Prezidenti Donald Trampdan məktub aldığını təsdiqləyib.

Ölkə.Az xəbər verir ki, bu barədə nazirə istinadla “Tasnim” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, məktubu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri doktor Məhəmməd Ənvər Qarqaş gətirib. O, Tehrana səfər edib və Əraqçi ilə görüşüb. Tərəflər İran-BƏƏ münasibətlərini, eləcə də regional məsələləri müzakirə ediblər.

XİN rəhbəri Tehranın mövqeyini təkrarlayaraq bildirib ki, Vaşinqton danışıqlar prosesinin təzyiq və təhdidlər olmadan aparılacağına zəmanət verməsə, İran onunla birbaşa danışıqlara başlamaq istəmir. 

O bildirib ki, Tehran şərəfli, ağlabatan və məqsədəuyğun danışıqlar aparmaq istəyir.

Mürtəza
Ölkə.Az

Seçilən
4
1
olke.az

2Mənbələr