AZ

AÇG-dən hasil edilən təbii qazın həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azəri-Çıraq-Günəşli yatağından2,2 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları iləmüqayisədə 100 milyon kubmetr və ya 4,8% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından2,1 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyardkubmetr təbii qaz hasil edilib. Qazın 4,3 milyard kubmetri“Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyardkubmetri isə SOCAR-ın payına düşüb.

Seçilən
6
1
az.trend.az

3Mənbələr