AZ

7 tibb müəssisəsi Dəmir Yolları QSC-ə birləşir

Yeddi  tibb müəsisəsi  “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus MMC-lərin onlara qoşulması ilə yenidən təşkil olunur.

Valyuta.az xəbər verir ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası”na İmişli Dəmir Yolu Xəstəxanası qoşulur. Xəstəxana 2005-ci ildə 2 600 604 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Şahin Qurbanovdur.

“Qaradağ Tibb Mərkəzi”nə Ələt Dəmir Yolu Xəstəxanası qoşulur. Mərkəz 2021-ci ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elmira Rəfailovadır.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası”na Gəncə Dəmir Yolu Xəstəxanası qatılır. Xəstəxana 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İlkin İsmayılovdur, nizamnamə kapitalı 608 385 manatdır.

"Respublika Pediatriya Mərkəzi”nə Bakı Dəmir Yolu Xəstəxanası qoşulur. Mərkəz 2023-cü ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Azər Əhmədovdur.

“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası”na  Xaçmaz Dəmir Yolu Ambulatoriyası qatılır. 1930-cu ildə dövlət qeydiyyatına alınan xəstəxananın qanuni təmsilçisi Səyyaf Tağıyevdir. Nizamnamə kapitalı 7 333 276 manatdır.

“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası”na Hacıqabul Dəmir Yolu Ambulatoriyası qoşulur. Xəstəxana 1990-cı ildə dövlət qeydiyatına alınıb, qanuni təmsilçisi Natiq Əliyevdir. Nizamnamə kapitalı 1 477 955 manatdır.

“Bakı Baş Səhiyyə Mərkəzi”nə isə 1 saylı Bakı Dəmir Yolu Poliklinikası və 2 saylı Bakı Dəmir Yolu Poliklinikası qoşulur. 1994-cü ildə dövlət qeydiyyatna alının mərkəzin qanuni təmsilçisi Elçin Əmirovdur və 879 219 manat nizamnamə kapitalı var.

Maya Hüseynova

Seçilən
1
valyuta.az

1Mənbələr