AZ

SON DƏQİQƏ: Kreml təklif olunan müvəqqəti atəşkəsi rədd etdi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ rəsmisi Mixael Uoltsla telefon danışığında Ukraynadakı münaqişənin həlli məsələsində Moskvanın mövqeyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Onun sözlərinə görə, Rusiya Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır.

“Ukraynada təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdən başqa bir şey deyil. Sülhpərvər hərəkətləri təqlid edən addımların heç kimə faydası yoxdur", - Uşakov vurğulayıb.

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr