AZ

Misir Trampın Qəzzada sülhün davam etdirilməsi cəhdini alqışlayır

Bakı, TurkicWorld

Misir Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qəzza zolağı sakinlərinin bölgəni tərk etmələri ilə bağlı hər hansı çağırış etməməsini alqışlayıb.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda qeyd edilir ki, Trampın bu mövqeyi Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq və Fələstin məsələsinə ədalətli və davamlı həll tapmaq üçün vacib addım kimi qiymətləndirilir.

Misir hakimiyyəti bütün tərəfləri Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunması üçün diplomatik səyləri artırmağa çağırıb. Nazirlik Trampın münaqişələrin həlli və sülh təşəbbüslərinə yönəlmiş mövqeyinin Fələstin xalqının qanuni hüquqlarını nəzərə alaraq, 1967-ci il sərhədləri çərçivəsində müstəqil dövlət qurmaq üçün əsas ola biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə çıxış edərək bildirib ki, Qəzza sakinlərinin deportasiyası məsələsi gündəmdə deyil. “Heç kim Qəzzadan heç kimi deportasiya etməyəcək”, - deyə Tramp vurğulayıb. HƏMAS-ın sözçüsü Hazem Qassim də ABŞ prezidentinin bu mövqeyini alqışlayıb.

Seçilən
2
turkic.world

1Mənbələr