Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azertexnolayn” MMC-yə səfər edib.
AzTU-nun Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyətində Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir də iştirak edib.
Qonaqları salamlayan şirkətin direktoru Vüqar İzzətli müəssisənin fəaliyyəti və istehsalat imkanları haqqında ətraflı məlumat verib.
AzTU-nun rektoru Vilayət Vəliyev də öz növbəsində universitetdə həyata keçirilən islahatlar və yeniliklər haqqında danışıb. O, universitet-sənaye işbirliyinin əhəmiyyətini vurğulayaraq, birgə kadr hazırlığının və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Görüşün sonunda AzTU ilə “Azertexnolayn” MMC arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin şirkətdə istehsalat təcrübələrinin təşkili, həmçinin mütəxəssislərin peşəkar inkişafı üçün birgə təlim və seminarların keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, metallurgiya, materiallar mühəndisliyi, maşınqayırma, energetika, avtomatlaşdırma, nanotexnologiya və digər müasir mühəndislik sahələrində birgə elmi-tədqiqatların aparılması və bu tədqiqatlar vasitəsilə istehsalat proseslərinin təkmilləşdirilməsi əsas hədəflər sırasındadır.
Eyni zamanda, müəssisənin ehtiyaclarına uyğun ixtisaslı kadrların hazırlanması üçün innovativ tədris proqramlarının hazırlanması və tətbiqi, sənaye sahəsində yeni texnoloji həllərin işlənməsi, istehsalat problemlərinə elmi yanaşmalarla həll yollarının axtarılması və universitet-sənaye əməkdaşlarının qarşılıqlı səfərlərinin təşkili də əməkdaşlığın əsas istiqamətlərindəndir.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */