Vitse-spikerqonaqlara bölgədəki vəziyyət,Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar barədə məlumat verib, ölkəmizin regionda və ümumən dünyada davamlı sülhün və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Riina Solman göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Qonaq Estoniya parlamentinin də Azərbaycan parlamenti ilə münasibətlərin dərinləşməsində və əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, parlamentlərarası əlaqələrin inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.
Söhbət zamanıtərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətləri,regional təhlükəsizlik və onları maraqlandıran digər məsələlər ətrafında fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri AnatoliyRafailov, Azər Kərimli,Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü MariaJufereva-Skuratovski, dostluq qrupunun katibi SusannaVeevovə digər rəsmi şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31