AZ

İtaliyada güclü zəlzələ

İtaliyanın Neapol şəhəri yaxınlığında, vulkanik Kampi Fleqrei bölgəsində bir gecədə baş verən 4,4 bal gücündə təkan yerli əhalinin narahatlığına səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumata görə, yerli vaxtla saat 01.25-də (Bakı vaxtı ilə 04.25) episentrləri Baqnoli və Pozzuoli olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Neapol kimi ətraf əyalətlərdə də hiss edilən zəlzələ son illərdə Kampi Flegreidə qeydə alınan ən güclü təkan olub. Zəlzələnin davam etdiyi bölgədə yerli əhalinin narahatlığına səbəb olan zəlzələ ilə əlaqədar çox sayda insanın gecəni küçələrdə və insanların toplaşdığı yerlərdə keçirdiyi qeyd edilib. 

Zəlzələnin episentri olan Bagnolidə bəzi avtomobillərin üzərinə beton parçaları düşüb, bəzi evlərin içərisində sıxışan insanların qapıların sıxıldığı üçün pəncərələrdən qaçdığı bildirilib. Başda Pozzuoli və Baqnoli olmaqla Neapolun bəzi rayonlarında zəlzələ səbəbiylə ibtidai və orta məktəblərin bir gün müddətinə dayandırılacağı açıqlanıb. 

Yerli hakimiyyət orqanlarının binalara dəyən zərərin qiymətləndirilməsi işini davam etdirdiyi, bəzi kilsə və binalara cüzi ziyan dəydiyi bildirilib. 

Kampi Flegreidəki zəlzələlərdən sonra Baş Nazirlikdən verilən yazılı açıqlamada Baş nazir Giorgia Meloninin bölgədəki şiddətli zəlzələdən sonra baş verənləri yaxından izlədiyi və müşavir Alfredo Mantovano, mülki müdafiə naziri Nello Musumeci ilə yaxın təmasda olduğu bildirilib. 

Seçilən
2
cebheinfo.az

1Mənbələr