AZ

“Sabah”dan nümunəvi addım – Hər şey uşaqlar üçün!

“Sabah” və “Edu Max Academy” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləyə əsasən, şirkət “Sabah” FK-nın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək.

Əməkdaşlıq müqaviləsinin əsas məqsədi futbol akademiyamızın azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, “Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdir.

Seçilən
0
8
idmanxeber.az

9Mənbələr