AZ

Baş ağrısının səbəbləri və xilas olmağın yolları

Baş ağrısı, əzələlərin, qan damarlarının və ətrafdakı sinirlərin beynə ağrı siqnalları göndərməsinə səbəb olan bir çox amillərə görə yaşana bilən, adətən müvəqqəti olan ümumi bir ağrı növüdür. Əksər insanlar bundan şikayətlənir.

Stress, əsəb, əzələ gərginliyi, qidalanma, yuxusuzluq və göz yorğunluğu kimi səbəblərdən baş ağrıları yaşanır. Əgər həmin hallar tez-tez baş verirsə, bu əsasən sinüzit, miqren, meningit və ya nevroloji xəstəliklərdən qaynaqlanır. Digər tərəfdən susuzluq, allergiya, spirt, hava dəyişikliyi, qan təzyiqi, şəkərli diabet və uşaqlıq boynu disk yırtığı da baş ağrısı yaradır.

Baş ağrısının qarşısını hansı yollarla almaq olar?

Baş və boyun nahiyəsinə soyuq və ya isti kompreslər tətbiq edin;Bol su için;Çobanyastığı, zərdəçal və zəncəfil kimi sakitləşdirici bitki çayları, az miqdarda isə qəhvə və ya kofeinli çay istehlak edin;Qaranlıq və sakit otaqda dincəlin;At quyruğu saça çox üstünlük verməyin;Başınızı sıxan papaq çox taxmayın. Zərintac Mayisqızı Missiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr