AZ

Juniorun derbidəki əl hərəkəti olay oldu -

Çempionlar Liqasının 1/8 final mərhələsindəki "Atletiko Madrid" - “Real Madrid” matçında Vinisius Juniorun hərəkəti gərginliyə səbəb olub. Metbuat.az xəbər verir ki, 115 dəqiqə meydanda qalan Vinisius Junior oyundan çıxarkən “Atletiko Madrid”in tribunalarına reaksiya göstərib. Endriklə əvəzlənən Vinisius Junior kənara çıxanda tribunaya “15” və “0” işarələrini edib. O, bununla “Real Madrid”in 15 Çempionlar Liqası tituluna sahib olduğunu, “Atletiko Madrid”in isə Çempionlar Liqasının qalibi olmadığını nümayiş etdirib.

Qeyd edək ki, ilk görüşdə 1-2 hesabı ilə məğlub olan “Atletiko Madrid”, öz meydanında oyunun əsas hissəsində 1-0 hesabı ilə qələbə qazanıb. Əlavə vaxtda hesab dəyişməyib və penaltilər seriyasında “Real” 4-2 hesabı ilə qələbə qazanıb.

Seçilən
4
metbuat.az

1Mənbələr