AZ

Azərbaycan regionun sabitləşməsində mühüm rol oynayır - Dimitris Avramopulos

Bakı. Trend:

Azərbaycan öz regionunda sabitliyin təmin olunmasında mühüm roloynamağa davam edir.

Trend xəbərverir ki, bunu Yunanıstanın baş nazirinin nümayəndəsi, Avropaİttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrəkomissiyasının keçmiş komissarı, Yunanıstanın keçmiş XİN rəhbəri vəkeçmiş milli müdafiə naziri Dimitris Avramopulos Bakıda keçirilən12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasidəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusundapanel müzakirələrinin gedişində bildirib.

O, Azərbaycanın vacib sabitləşdirici faktor olduğunuvurğulayaraq, beynəlxalq arenada sabitliyin təmin olunmasındaoynadığı rolu qeyd edib.

Eyni zamanda, D.Avramopulos Azərbaycanın regionda sülh vətəhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş siyasətinə dəstəkifadə edib.

“Azərbaycan sabitliyin ən önəmli faktorlarından birinə çevrilibvə biz öz fikirlərimizi tərəfdaşlarımızla böyük sevincləbölüşürük”, - deyə o bildirib.

Bundan başqa, Avrramopulos öz çıxışında Avropanın üzləşdiyi birsıra aktual məsələlərə, o cümlədən, miqrasiya, enerjitəhlükəsizliyi və dəniz sərhədlərində məhdudiyyətlər kimi mövzularatoxunub.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində"Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlaraçevrilməsi" şüarı altında keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkilolunub.

Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma,qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29və digər əsas qlobal məsələlər müzakirə olunacaq.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr