AZ

Zaxarova brifinq zamanı emosiyalarını saxlaya bilməyib ağladı - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ukrayna hərbçilərinin hücumları nəticəsində yaralanan və həlak olan uşaqların sayını sadalayarkən emosiyalarını saxlaya bilməyib.

Qaziler.az xəbər verir ki, diplomatın çıxışının videoyazısı “Smotri” teleqram kanalında yayımlanıb.

“Belqorod vilayətində 88 uşaq yaralanıb, Kursk vilayətində 12 uşaq ölüb, 4 uşaq yaralanıb. Bunlar Kiyev rejimi üçün məzar daşına çevriləcək statistik məlumatlardır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Zaxarova açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 2014-cü ildən bəri ən azı 1700 uşağın öldüyünə aydınlıq gətirib.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr