AZ

Maradona: Futbolun Allahı

Məşhur futbolçu Diego Maradona idmandan uzaqlaşdıqdan sonra, bir müddət narkoloji dispanserdə müalicə almışdır.

Özünün dediyinə görə, orada hər cür ağıllı və axmaq adamlar vardı. Biri deyirdi mən Napoleonam, ona inanırdılar, hətta hörmət edirdilər. O biri deyirdi mən Fidel Kastroyam, ona da inanırdılar, hətta qibtə edirdilər. Amma mən Allaham deyənləri ələ salıdılar...

Mən Maradonayam deyəndə də heç kim inanmadı, hətta üstümə hücum çəkdilər. Çəkməyənlər də güldü və dedilər ki, heç kim Maradona ola bilməz...

O zaman özüm özümdən utandım, xəcalət çəkdim...

Bir də Maradona olduğumu demədim...

Deyirəm, bəli, Maradona da futbolun Allahı idi...

Deyirlər, insan özü özünün başına açdığı oyunu, aləm yığıla, aça bilməz...

Qalib Arif

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr