AZ

"Atletiko Madrid" Tibo Kuruanı nə ilə təəccübləndirib?

"Real Madrid"in qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 2:1 hesabı ilə üstələdikləri "Atletiko Madrid"i cavab qarşılaşmasında oyunsonrası penaltilərlə (0:1, penaltilər 4:2) məğlub etmələrinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, belçikalı qolkiperin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Düşünürdüm ki, "Atletiko" hesabı açandan sonra ikinci qolun axtarışına çıxacaq. Amma onların müdafiə olunmasına və əks-hücumlar qurmağa cəhd etməsinə təəccübləndim. Rəqib yaxşı oynadı, bizdən çox qol epizodları yaratdı. Bir neçə seyv etmək məcburiyyətində qaldım. Məncə, "Atletiko" Vinisius Junior və Kilian Mbappenin sürətinə görə bizim əks-həmlələrimizdən ehiyatlanırdılar. Sonluq bir qədər lotoreyaya bənzəyir. Həftə ərzində penalti seriyasından çox danışmışdıq. Ancaq təbii ki, hər şey penaltiləri vuranların bacarığından asılıdır. Onu da deyim ki, Korreanın zərbəsini dəf etməyə yaxın idim. Əlbəttə, bu bizim ən yaxşı oyunumuz deyildi, amma önəmli olan yolumuza adavam etməyimizdir".

Xatırladaq ki, "Real" 1/4 finalda "Arsenal" ilə üz-üzə gələcək.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr