AZ

Ana azyaşlı oğlunun yeməyinə narkotik QATDI – Uşaq ÖLDÜ – FOTO

Çelyabinsk vilayətində ana 2 yaşlı oğluna ağlamaması üçün narkotik verib, körpə ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Çelyabinskdə 31 yaşlı Yekaterina Korotkova 2 yaşlı oğlunun yeməyinə narkotik qatıb və körpə ölüb.

2 yaşlı oğlu Lyoşa dünyasını dəyişəndə Yekaterina Miass yaddaş qrupunda yazı dərc edib:

“Bu gün mənim sevimli oğlum, mənim kiçik mələyim qəflətən öldü!”

Lakin sonradan məlum olub ki, uşaq həddindən artıq dozada narkotik qəbulundan ölüb.

Belə ki, anası uşaq səs-küy salmasın və onun yuxusuna mane olmasın deyə onun yeməyinə sistemli şəkildə maddələr qarışığı qatıb.

Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə iş açılıb və qadın həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
interpress.az

1Mənbələr