Bakının "Sabah" futbol klubu tərəfdaşlarının sırasını genişləndirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar" bu dəfə yaxşı mənada qeyri-adi müqaviləyə imza atıblar.
Belə ki, "Sabah"la "Edu Max Academy" arasında razılaşmaya qol çəkilib.
Müqaviləyə əsasən, şirkət paytaxt təmsilçisinin U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək.
Məqsəd futbol akademiyasının uşaq futbolçularında xarici dil biliklərini təkmilləşdirməkdir. Bu, gələcəkdə onların beynəlxalq futbola adaptasiyasını asanlaşdıracaq.
Qeyd edək ki, "Edu Max Academy"in əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəblərinin təşkilini həyata keçirməkdir.