Bir az uzaqdan, Tan sülaləsindən başlayacağam. Bu, 7-ci əsr - 10-cu əsrin əvvəlləridir. Tan sülaləsi dövründə Çin iqtisadiyyatının müasir dillə desək, bütün dünya ÜDM-nin yarısını təşkil etdiyini göstərən bir sıra araşdırmalar var. Eyni zamanda, İpək Yolu layihəsi orta əsrlər qloballaşmasının ilk aktı kimi inkişaf etdi.
Tan İmperiyasının paytaxtı Sian (Şansi əyaləti) şəhəri idi, o zamanlar Çanqan adlanırdı mənası "əbədi sakitlik" demək idi. Yeri gəlmişkən, Çinin hazırkı lideri Si Cinpin də bir çox KLAN üzvləri kimi bu əyalətdəndir. İndi kontinental ticarətin qədim modelini bərpa etmək üçün nəzərdə tutulan yeni İpək Yolunun episentri buradadır. 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərində Qing sülaləsinin imperiyası, Qərb iqtisadçılarının fikrincə, dünya ÜDM-nin təxminən 30% -ni təşkil edirdi. Çinlə ticarət ingilislərin xeyrinə deyildi, çünki Qing/Tsin sülaləsi dövründə Çin əsas məhsulların ən böyük istehsalçısı idi. Və 19-cu əsrin əvvəllərində ingilislər nəhayət başa düşdülər ki, Çin məhv edilməsə, qlobal hökmranlığa nail olmayacaqlar. Nə edildi..? Şərqi Hindistan şirkəti vasitəsi ilə Hindistanın qərb bölgələrində çinlilərin həvəslə qızıl və gümüşə mübadilə etdikləri yeganə əmtəə olan tiryək istehsalına başlanıldı.
O vaxta qədər ingilislər artıq Çin elitasına, xüsusən də xarici Mançu “boyunduruğu” tərəfindən pozulmuş regional təbəqələrə kifayət qədər dərindən nüfuz etmişdilər. Nəticədə, Sin sülaləsinin süqutuna doğru kurs müəyyən edildi və 19-cu əsrin sonunda Çinin suveren iqtisadi sistemi mövcud olmağı dayandırdı. Sonrakı illərdə Çinin məhsuldar qüvvələrinin və bazarının ingilis-fransız, rus və amerikan kapitalist sistemlərinə daxil edilməsi sürətlə gedirdi. Sonra nə oldu..? Sinhay inqilabından (1911-1912) sonra Çin Xalq Respublikasının yaradılmasına qədər (1949) ayrı-ayrı Çin dövlətləri arasında şiddətli vətəndaş müharibələri ilə dolu idi. Bütün bunlar qul alveri, tiryək ticarəti və sairə ilə müşayiət olunurdu. Qeyd edim ki, Zhejiang/Cjetzyan əyalətindən olan Çan Kay-şek Britaniya paytaxtı ilə sıx bağlı idi. Onun dövründə Çin dövlətlərinin Britaniya sisteminə inteqrasiyası gücləndi. Çin bankları ümumilikdə ingilis, fransız, amerikanlarla sıx bağlı idi... Əslində, Çinin bütün istehsal gücü o illərdə şərti olaraq Antantaya xidmət edirdi.
Çin Xalq Respublikası yarananda Çində üç əsas qüvvə var idi. Birincisi, milli yönümlü qüvvələr daxili kapitala və istehsala kömək etməyə yönəlmiş qüvvələr idi. İkincisi, Çinin dünya sisteminə daxil olmasını hədəfləyən qüvvələr. Bu Şanxay qrupudur. Bu klan hələ də Çin siyasətinin və iqtisadiyyatının mühüm vektorlarından biri olaraq qalır. Və nəhayət, planlı dövlət sektorunun yaradılmasında maraqlı olan bir qrup. Təbii ki, o, Sovet İttifaqı tərəfindən dəstəklənirdi. Bu qrup, Şensi əyalətinin lideri olan mancur Qao Qan komandanlığında faəliyyət göstərirdi. Lakin, Stalinin ölümündən sonra bu qrup Mao tərəfindən məhv edildi. Sonra hakimiyyət müvəqqəti olaraq amerikapərəst qüvvələrin və Çin burjuaziyasının özünün rolunu gücləndirməyi düşünənlərin əlinə keçdi.
Lakin Şanxay qrupunun nümayəndəsi, Dövlət Şurasının ilk baş naziri Çjou Enlay, Fransanın Şanxay paytaxt qrupları və bu şəhərin yaşayış məntəqələrindəki mütəşəkkil cinayətkar dünya ilə əlaqəsi olduqca sıx olduğundan, fransız əlaqələri vasitəsilə amerikalılara (xüsusən də Kissincerə) yanaşma tapa bildi. Watergate qalmaqalı və Niksonun impiçmenti səbəbindən qısa müddətə kəsilən Çin və ABŞ-ın inteqrasiyası başladı. Lakin Çinə doğru həlledici dönüş artıq başa çatmışdı. Den Siyaopin və Cənubi Çin hərbi-siyasi qruplarının islahatları Böyük Britaniya və ABŞ bazarları ilə sıx əlaqələr qurmaq və yeni Amerika texnologiyaları əldə etmək məqsədi daşıyırdı. Bu, nöqtəli, lakin intensiv şəkildə edildi. Nəticədə, 1980-ci illərin əvvəlindən 2000-ci illərə qədər olan iyirmi il ərzində Çin Amerika iqtisadiyyatına inteqrasiya edə bildi. Çinlilər sovet texnologiya lobbisindən, o cümlədən açıq iqtisadi zonalar vasitəsilə ayrıldılar. Si bu xətti qıraraq Avrasiya ölkələri ilə iqtisadi qarşılıqlı fəaliyyətə doğru irəliləməyə başladı. Çin bazarlarında ABŞ-ın hökmranlığını rədd etməsi, Avrasiya ölkələrinə bağlılığı və amerikalıları Avropadan sıxışdırmaq cəhdi ilə Si Cinpin Çinin xarici siyasətində yeni səhifə açdı. Nəticədə “Bir kəmər və bir yol”un Avropa və Asiya seqmentində olan ölkələrlə ticarətin payı 31,7% təşkil edib. Prinsipcə, bu xarici ticarət sayəsində Çin ümumiyyətlə ABŞ-la əlaqəsi olmadan mövcud ola bilər. Bu, mühüm xarici iqtisadi modeldir.
P.S. Çin ətrafında çoxlu miflər dolaşır. Çin dilini həqiqətən bilməyən bir Çin mütəxəssisi, məsələn, sensasiyalı sosial reytinq sistemi haqqında çoxlu yalanlar deyə bilər. Lakin Çində sosial sıralama qanunvericilik bazası olmadan mövcud ola bilməz. Bütün nüansları başa düşmək üçün Çin dilində nəşr olunan sənədləri və qanunları bilməlisiniz. Nəzərə alınmalı vacib cəhət odur ki, Çin mədəniyyəti Qərb mədəniyyətindən fərqli olaraq şəffaf deyil. Çində insanlar Co Bayden və Donald Tramp kimi açıq mübahisələrə girmir, debatlara başlamır və şəxsiləşmirlər. Çində ictimai məlumat həmişə reallığı bəzəmək, gizli məqsədlərinə çatmaq və ya istədiyiniz siqnalı göndərmək üçün istifadə olunur.
Pərviz Əliyev
visiontv.az