“Yelo Bank” filial müdirinin müştərinin çənəsini sındırması barədə xəbərə aydınlıq gətirib.
Bakdan Pravda.az-ın sorğusuna cavab olaraq bidirilib ki, sosial şəbəkələrdə yayılan xəbərdən məlumatlıdırlar:
“Təəssüf edirik ki, adımız çəkilir. İlk növbədə “Yelo Bank”da Vüqar Xəlilov adlı şəxs 2024-cü ilin noyabr ayından bəri çalışmır. Statusda bəhsi keçən filial daxilində də belə hadisə baş verməyib. Yayılan məlumatlarla bağlı hazırda hərtərəfli araşdırma gedir, iddia olunan məsələ ilə bağlı Banka aid bir nüans olarsa, mütləq ictimaiyyətlə bölüşəcəyik”.
Xatırlatma: Tanınmış vəkil Aqil Layıc öz “Feysbuk” səhifəsində paylaşıb ki, “Yelo Bank”ın filial müdiri VüqarXəlilov xidmətin gecikməsinə etiraz edən müştəriyə “bas bayıra” deyib, sonra döyərək çənəsini sındırıb.
Aytəkin Qardaşova