AZ

FolKulis: "Sarı gəlin" xalq mahnısının sözləri

Kulis.az "FolKulis" rubrikasından "Sarı gəlin" xalq mahnısının sözlərini təqdim edir.

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.

Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin

Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu,
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.

Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.

Seçilən
0
kulis.az

1Mənbələr