AZ

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə Diasporla İşüzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanınİspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, bu ölkədəkiAzərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqlarındiasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri, mediamənsubları iştirak edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, əvvəlcə “Vətən uzaqda deyil” proqramınınBarselona Azərbaycan Evinə və Barselonadakı AzərbaycanlılarCəmiyyətinə həsr edilmiş buraxılışı nümayiş olunub.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrəkoordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin vəBarselona Azərbaycan Evinin sədri Kərim Kərimov xaricdə yaşayansoydaşlarımıza, diaspor təşkilatlarına, eləcə də cəmiyyətinfəaliyyətinə diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkküredib. Tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətini Prezidentİlham Əliyevin uğurla davam etdirməsi barədə danışan Komitə sədrixaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətindəolduğunu nəzərə çatdırıb. Xaricdəki Azərbaycan icmalarının, diasportəşkilatlarının, o cümlədən Barselonadakı AzərbaycanlılarCəmiyyətinin diaspor fəaliyyətinə verdiyi töhfələri yüksəkqiymətləndirib. İspaniyadakı Azərbaycan icmasının son illərdəsıralarının genişlənməsindən, güclənməsindən məmnunluğunu ifadəedib.

Xaricdəki Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin,ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsüilə xaricdə açılan Qarabağ Azərbaycan məktəblərinin diasporumuzuntəşkilatlanmasına, yeni nəsil azərbaycanlıların ölkəmizləəlaqələrinin möhkəmlənməsinə əvəzsiz xidmətlər göstərdiyivurğulanıb.

Daha sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvüGülnar Hacıyevanın aparıcılığı ilə konsert proqramı təqdim olunub.Proqrama Azərbaycan, türk, ispan musiqiləri və rəqsləri daxiledilib. Barselona Azərbaycan evinin nəzdində fəaliyyət göstərənrəqs dərnəyinin müəllim və şagirdlərinin, ispan rəqqasların və türkmüğənnilərin çıxışını tamaşaçılar sürəkli alqışlarlaqarşılayıb.

Komitə adından bədii hissənin iştirakçılarına hədiyyələr təqdimolunub.

Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Barselonadakı
Seçilən
0
az.trend.az

1Mənbələr