AZ

Nazir: İraq və Suriyada qalan azərbaycanlı qadın və uşaqların gətirilməsi davam edəcək

Suriyada, İraqda çətin vəziyyətdə qalan azərbaycanlılarla bağlı Prezidentin tapşırığı ilə fəaliyyət göstərən komissiya mövcuddur. Mütəmadi işlər davam etdirilir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yüzlərlə qadın və uşaqların tapılması və ölkəmizə qaytarılması həyata keçirilib: “Son çətin vəziyyətdə qalan azərbaycanlı qadın və uşaq tapılanadək fəaliyyətimiz davam edəcək”.

Seçilən
0
1
apa.az

2Mənbələr