Polşa prezidenti Anjey Duda Amerika lideri Donald Trampın Rusiyaya qarşı müstəsna olaraq “zərif və mehriban” davrandığına inanmır.
Qaziler.az xəbər verir ki, o, bu barədə “Financial Times”a müsahibəsində bildirib.
Polşa prezidenti qeyd edib ki, Ağ Ev rəhbəri öz alətlərindən Moskvaya qarşı istifadə edir. Lakin onlar Vaşinqtonun Kiyevə qarşı münasibətdə istifadə etdiyi kimi nəzərə çarpmır.
“Prezident Trampın Rusiya ilə zərif və mehriban davranması incə diplomatiya deyil, bu, çətin oyundur”, - Duda deyib.
Bundan əlavə, Polşa prezidenti Trampa Ukraynadakı münaqişəni dayandırmaq üçün şansı verməyə çağırış edib. Duda vurğulayıb ki, hazırda “heç kim bu münaqişəni dayandıra bilməyib”.
QAZİLER.AZ