"Real"ın təcrübəli yarımmüdafiəçisi Luka Modriç komandasının sıx oyun qrafikindən danışıb.
QOL.az xəbər verir ki, 39 yaşlı futbolçu funksional baxımdan özünü yaxşı hiss etdiyini və heç bir problem yaşamadığını qeyd edib:
“Üç gündən bir oynaya biləcəyimə əminəm. Amma qərar verən baş məşqçimiz Karlo Ançelotti olacaq... Bununla belə, özümü həqiqətən əla hiss edirəm. Ona görə də ardıcıl olaraq bir, iki, üç və hətta daha çox oyun oynamaqla bağlı problemim yoxdur. Hər zaman komandaya kömək etməyə hazıram".
Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nun formasını geyinir. O, cari mövsüm 43 matça çıxıb, 4 qol vurub və 7 qolun ötürməsini verib.