AZ

Şəhidin xanımını öldürən qardaşına CƏZA VERİLDİ

Xızı rayonu Giləzi qəsəbəsində qardaşı arvadı, 1999-cu il təvəllüdlü Ləman Qurbanovanı qətlə yetirən qaynı 1984-cü il təvəllüdlü Taleh Qurbanova hökm oxunub.

Editor.az “Qafqazinfo”a istinadla xəbər verir ki, 222-ci ildə şəhid olmuş Saleh Qurbanovun xanımını boğaraq öldürən qardaşı Taleh Cinayət Məcəlləsinin 12.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Qurbanov şəhid olandan sonra onun ailəsində problemlər yaranıb. Şəhidin qardaşı Ləmanın “TikTok” səhifəsi açmasına qarşı çıxaraq onu döyüb. O, Salehin sağlığında arvadının sosial şəbəkələrdən istifadə etmədiyini və indi də bunun yolverilməz olduğunu düşünüb. Ləman isə “Sənsiz həyat” adlı səhifəsində yalnız mərhum həyat yoldaşı ilə bağlı paylaşımlar etdiyini və 2-25 nəfər tanışının bunu bəyəndiyini bildirib. Hadisədən bir neçə gün əvvəl isə Ləmanın qaynı onun telefonunu əlindən alaraq sındırıb.

Bundan sonra da ailədə münasibətlər kəskin olaraq qalıb və Ləman qayınatasının evini tərk edərək atası evinə qayıtmaq istəyib. Lakin qaynı Taleh və digər qohumları şəhidlə bağlı verilmiş bank kartlarının onlarda qalmasını tələb ediblər. Həmin gün onlar Ləmanı pirə apararaq fikrindən daşındırmaq istəyiblər. Lakin pirdən qayıtdıqdan sonra Taleh evdə Ləmana hücum edərək onu boğmaqla qəsdən həyatdan məhrum edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qurbanova 17 il həbs cəzası verilib.

Qeyd edək ki, Saleh Qurbanov 222-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Seçilən
10
20
editor.az

10Mənbələr