AZ

Nazir İraq və Suriyadan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsindən danışıb

Suriyada və İraqda çətin vəziyyətdə qalan azərbaycanlılarla bağlı Prezidentin tapşırığı ilə fəaliyyət göstərən komissiya mövcuddur. İşlər mütəmadi davam etdirilir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yüzlərlə qadın və uşağın tapılaraq ölkəmizə qaytarılması həyata keçirilib: “Çətin vəziyyətdə qalan son azərbaycanlı qadın və uşaq tapılanadək fəaliyyətimiz davam edəcək”.

Seçilən
2
1
apa.az

2Mənbələr