Bu gün güləşçimiz daha bir qızıl medal qazana bilər.

Offsideplus.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 8 idmançımız mübarizə aparacaq. Bu gün təmsilçilərimizin təsəlliverici və 1/8 final üçün görüşləri baş tutacaq. Final görüşü və bürünc medal uğrunda görüşlər isə 21:00-dan etibarən başlayacaq.
Qarşılaşmalarda aşağıdakı idmançılarımız mübarizə aparacaq:

Təsəlliverici görüş

77 kq – Xasay Həsənli bolqar Doyev ilə təsəlliverici görüşünü keçirəcək.

1/8 Final Görüşləri

60 kq – Hüseyn Qəribov türkiyəli İlbars ilə qarşılaşacaq.

67 kq – Fərid Xəlilov alman Hainzelbeke ilə güləşəcək.

72 kq – Ruslan Nurullayev bolqar Georgiyev ilə mübarizə aparacaq.

82 kq – Elmin Əliyev macar Botosla qarşılaşacaq.

97 kq – Aqil Musayev erməni Kirakosyan ilə güləşəcək.

Bürünc Medal Görüşü

55 kq – Elmir Əliyev çex Bartoşik və yunan Papageorgiu ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Final görüşü

63 kq – Ziya Babaşov moldovalı Yeriomenko ilə final görüşünə çıxacaq.

Qeyd edək ki, ötən gün Günay Qurbanova qızıl medal qazanıb. Bundan başqa,  Tiranada keçirilən yarışda Azərbaycanın kişilərdən ibarət 23 yaşadək sərbəst güləşçiləridə Avropa çempionu olub.