"Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”...
Poliqon xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk Qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Poliqon.info