Peşəkar Çövkən Liqasında yeni mövsüm start götürüb.
Açılış mərasimindən sonra Binə Atçılıq Mərkəzində ilk turun oyunları keçirilib.
“Sərhədçi” komandası “Buta Golden” üzərində 3:0 hesablı qələbə qazanıb. “Polad” və “Elit” komandalarının görüşü qolsuz bərabərliklə yekunlaşıb. “Omar” isə liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə məğlub edib.
“Embawood” “Qarabağ”ı 7:0 hesabı ilə üstələyibsə, turun son matçında “Zəfər” “Ağstafa Dilbaz” üzərində qələbəyə sevinib - 10:0. Turun daha əvvəl keçirilən görüşündə “Şirvan” “Atilla”nı məğlub edib - 8:1.
Qeyd edək ki, növbəti turun qarşılaşmaları martın 18-i və 19-da baş tutacaq. Peşəkar Çövkən Liqasında cari mövsüm noyabrın 26-da bitəcək.